AZ

Ərdoğanın Körfəz ölkələrinə 3 günlük səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfərə gedib.

Sitat.info  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və ticarət naziri Mehmet Fateh Kacır, ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər də səfərdə iştirak edir.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 gün ərzində Küveyt, Qətər və Omanda səfərdə olacaq.

Seçilən
81
4
sitat.info

6Mənbələr