AZ

Trampın sülh mükafatı arzuları öz ölkəsində gerçəkləşə bilər

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Konqresinə Prezident Donald Tramp adına illik sülh mükafatının təsis edilməsi haqqında qanun layihəsi təqdim olunub.

Oxu.Az aif.ru-ya istinadla xəbər verir ki, respublikaçı Endi Barrın irəli sürdüyü təşəbbüs bu mükafatın təqdim edilməsini dövlət katibinin öhdəsinə qoyur, lakin sənədin mətni hələ açıqlanmayıb.

Xatırladaq ki, Nobel Komitəsi 2025-ci il üçün Sülh Mükafatını venesuelalı müxalifətçi Maria Korina Maçadoya təqdim edib. Ağ Evin nümayəndələri buna etiraz edərək bildiriblər ki, komitənin qərarı sülhə xidmət etmir, siyasi motivlərdən qaynaqlanır.

Daha əvvəl Tramp bildirib ki, Nobel Sülh Mükafatının təqdim edilməsi ilə bağlı aldadılıb, çünki mükafatın növbəti hərbi münaqişənin həllindən sonra veriləcəyi vəd edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
oxu.az

1Mənbələr