AZ

Durov Fransa hökumətinə sataşdı – “Luvrun qarəti məni təəcübləndirmədi”

“Telegram”ın qurucusu, rusiyalı biznesmen Pavel Durov məşhur Luvr muzeyindən qiymətli tarixi eksponatların oğurlanmasını lağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, Durov bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

O, zarafatla bildirib ki, oğruların Paris Luvrundan götürdükləri eksponatları Abu Dabi Luvruna köçürmək üçün almağa hazırdır.

“Luvrun qarət olunması məni heç də təəccübləndirmədi. Bu, bir vaxtlar qüdrətli olmuş ölkənin tənəzzülünün daha bir həzin əlamətidir. Burada hökumət real təhlükələrə qarşı durmaq əvəzinə, xəyali təhlükələrlə insanların diqqətini yayındırmaq sənətini təkmilləşdirir”, – deyə “Telegram”ın qurucusu vurğulayıb.

İstifadəçilərdən biri Durovun postuna “Bunu mən oğurladım” şərhini yazıb. Buna cavab olaraq biznesmen yazıb ki, Luvr üçün zinət əşyalarını almağa hazırdır, amma fransız Luvru üçün deyil.

“Oğurlanmış zinət əşyalarını alıb Luvr muzeyinə qaytarmaqdan məmnun olaram. Mən Abu-Dabi Luvrunu nəzərdə tuturam, əlbəttə. Heç kim Abu-Dabi Luvrundan oğurluq etmir”, – deyə Durov əlavə edib.

Xatirə SADİQ

Seçilən
11
nocomment.az

1Mənbələr