İsraildə cütlük dövlət müavinətlərini almağa davam etmək üçün mərhum ananı həyətlərində gizlincə basdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İsrail polisi bildirib ki, ər-arvad dövlət tərəfindən verilən müavinətləri almağa davam etmək məqsədilə onlardan birinin vəfat etmiş anasının cəsədini evlərinin həyətində gizlincə dəfn edib.
Məlumata görə, araşdırma zamanı qadının 2024-cü ilin aprel ayında dünyasını dəyişdiyi müəyyən edilib.
Mərhumun Holokost faciəsindən sağ çıxanlardan biri olduğu qeyd olunub.
Xuraman Etibarlı
İnterpress.az