Bakı.Trend:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarXidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza vəSertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkinmateriallarının sertifikatlaşdırılma xidmətlərinin həyatakeçirilməsi üçün AZS ISO/ IEC17065:2021 "Uyğunluğunqiymətlənədirilməsi - məhsulların, proseslərin və xidmətlərinsertifikatlaşmasını aparan orqanlara dair tələblər" standartınauyğun akkreditasiya olunub.
Bu barədə Trend-ə Aqrar Xidmətlər Agentliyindən məlumatverilib.
Bildirilib ki, mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrəümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı verməkhüququ əldə edib.
Bu sertifikatlaşdırma prosesi uyğunluğu təsdiqləyərək, yerliistehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, daxili vəxarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şəraityaradır. Kənd təsərrüfatı məhsullarının mənşəyi, keyfiyyəti vətəhlükəsizliyinin təmin olunmasına, həmçinin aqrar sahədəxidmətlərin etibarlı və şəffaf qiymətləndirmə mexanizmlərinintətbiqini təmin edir. Bu nailiyyət ölkəmizdə toxumçuluq və bitkiistehsalında keyfiyyətə nəzarətin gücləndirilməsi, beynəlxalqtanınan standartların tətbiqi və aqrar sahədə idarəetməmexanizmlərinin genişlənməsi baxımından mühüm addım hesabolunur.
Qeyd edək ki, ISO/IEC 17065 - məhsul sertifikatlaşdırması aparanqurumlara tətbiq olunan bazal beynəlxalq standartdır və uyğunluğunqiymətləndirilməsində yüksək etimad səviyyəsini təmin edir. Bustandartın tətbiqi toxumların keyfiyyət göstəricilərinə, sorttəmizliyinə, cücərmə qabiliyyətinə, nəmliyinə, xəstəliklərədavamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğunuelmi əsaslarla təsdiq etməyə imkan verir.