AZ

Rubio-Lavrov görüşü ertələndi – Nə baş verir?

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu həftəyə planlaşdırılan görüş naməlum səbəblərdən təxirə salınıb.

NOCOMMENT.az bu barədə CNN-ə istinadən xəbər verir.

Ağ Evdəki mənbənin sözlərinə görə, Rubio və Lavrov arasında bu həftə gözlənilən görüş ən azı bir müddət təxirə salınıb.

Bundan öncə onların görüşü üçün mümkün tarix kimi oktyabrın 23-ü göstərilirdi. Amerikalı dövlət katibi və rusiyalı nazir Budapeştdə Tramp və Putin arasında təkbətək görüşün hazırlığını müzakirə etməli idilər.

Bu görüşün təxirə salınmasının konkret səbəbləri açıqlanmır. Lakin adının açıqlanmasını istəməyən mənbələrindən biri qeyd edib ki, bu, Rubio və Lavrovun Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı həddindən artıq fərqli fikirləri ilə əlaqədardır.

Bir mənbənin sözlərinə görə, Rubio və Lavrovun telefon söhbəti rusiyalıların maksimalist tələblərinin o qədər də dəyişmədiyini göstərib. Bu səbəbdən Rubionun Tramp-Putin görüşü üzrə planlarla irəliləməyi tövsiyə etməsi inandırıcı deyil. Nəşrin mənbələri hesab edirlər ki, ABŞ dövlət katibinin çox güman ki, bu həftə Lavrovla yenidən danışmalı olacaq.

Nəşr hesab edir ki, yaranmış durum ABŞ prezidenti Donald Trampla Kreml rəhbəri Vladimir Putinin görüşünün mümkünlüyünü sual altına qoyur.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 16-da rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdıqdan sonra onunla Budapeştdə görüşəcəklərini elan etdi. Bu, Putinin müharibədən sonra Avropa İttifaqı üzvü olan bir ölkənin paytaxtında ilk gəlişi olacaq.

Xatirə SADİQ

Seçilən
70
17
nocomment.az

10Mənbələr