AZ

Tramp Ağ Evdə nəhəng bal zalı inşa etdirir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Ev kompleksininərazisində böyük bal zalının inşasına başlanıldığını elan edib.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

"Sevinclə bildirirəm ki, Ağ Ev ərazisində yeni, böyük və gözəlbir bal zalının inşasına başlanılıb. Bu proses çərçivəsində AğEvdən tamamilə ayrılmış Şərq qanadı da tam şəkildə yenidənqurulacaq və tikinti başa çatdıqdan sonra daha da gözəl olacaq",-deyə Tramp “Truth Social” platformasında yazıb.

Ağ Ev rəhbəri bu işlər üçün ABŞ büdcəsindən federal vəsaitinayrılmayacağını, belə ki, tikintinin ayrı-ayrı şəxslərin,şirkətlərin və elə Trampın özünün şəxsi vəsaitləri hesabına həyatakeçiriləcəyini vurğulayıb.

Məqalədə:
Seçilən
101
az.trend.az

1Mənbələr