ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Qaradağ rayonunda yol hərəkətinin təşkilindəki nöqsanla bağlı sosial şəbəkədə video yayılıb. Avtosfer.az xəbər verir ki, görüntülər Lökbatan şosesində, Bakı Cənub Avtovağzalının qarşısında qeydə alınıb. Belə ki, avtobus dayanacağını bildirən 5.14 nişanı birbaşa kəsişmə yerində quraşdırılıb. Halbuki, dayanacaq pavilyonu təxminən 20-30 metr aralıda yerləşdirilib. Nişanın yanında dayanaraq sərnişin mindirən və ya düşürən sürücülər kamera vasitəsilə cərimələnirlər.
Qeyd edək ki, yol hərəkətinin bu cür təşkil edilməsi doğru hesab edilmir. Avtobus dayanacaqlarında yol nişanı bilavasitə pavilyonun qarşısında quraşdırılmalıdır.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.