ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında HAMAS-ı açıq şəkildə hədələyib.
News24.az “Haberler.com”a istinadən xəbər verir ki, Tramp HAMAS hərəkatını məhv edə biləcəklərini deyib.
“HAMAS itaət etməsə, Qəzzəyə girəcəyik, onları məhv edəcəyik. Lazım gələrsə, yox ediləcəklər və onlar bunu bilirlər. Çox böyük təxribatlar törədiblər. Əgər belə davam etsələr, onları çox sürətlə və olduqca sərt şəkildə məhv edəcəyik. İsrail Qəzzaya iki dəqiqə içində girə bilər. Əgər istəsəm, ora get və vəziyyəti həll et deyə bilərəm. Amma hazırda bunu demirəm. Bir az şans verəcəyik və ümid edirəm zorakılıq bir qədər azalacaq”, - deyə Tramp vurğulayıb.