AZ

Qazax RİH 7 kreslo, 2 noutbuk, 1 printerin alınmasına 8 700 xərcləmək istəyi baş tutmadı

Qazax Rayon İcra Hakimiyyətinin (RİH) kompüter, kompüter avadanlıqları və inventarların alınması ilə əlaqədar elan etdiyi kotirovka sorğusu baş tutmayıb.

 

Pravda.az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun dəyəri 8 772 AZN olub. Bu məbləğə 7 kreslo, 2 noutbuk, 1 printerin alınması nəzərdə tutulub.

 

Cabir

 

Tarix: 21 Oktyabr 2025, 10:17   
Seçilən
116
pravda.az

1Mənbələr