AZ

CNN: “Tramp-Putin görüşü pozula bilər?”

AzVision.az xəbər verir ki, Ağ Evin adıaçıqlanmayan məmuruna istinad edən CNN telekanalı belə məlumat yayıb.

Görüşün ləğv edilməsinin səbəbi açıqlanmasa da, mənbənin sözlərinə görə, oktyabrın 20-də teleonla danışan Lavrov və Rubionun Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün sona çatması ilə bağlı“fərqli gözləntiləri” var.

“Rubio və Lavrovun ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə keçirəcəyi görüşdən əvvəl danışıqlar aparması planlaşdırılırdı. Onların danışıqlarının təxirə salınması Donald Trampın Vladimir Putinlə tezliklə görüşəcəyinə dair ümidlərini puça çıxara bilər”,- CNN bildirir.

Telekanalın digər mənbəsi isə Rusiyanın Xarici İşlər naziri və ABŞ-nin Dövlət katibinin bu həftə yenidən telefonla danışa biləcəyi ehtimalını səsləndirib.

Conson: “Tramp-Putin görüşünü pozmaq cəhdi ola bilər”
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən bir gün əvvəl rusiyalı həmkarı ilə telefon danışığında ABŞ prezidenti özünün Putinlə görüşünün Ukraynada müharibənin dayandırılmasına kömək edəcəyinə ümidli olduğunu deyib.

Beləliklə də, Rusiya və Amerika liderləri üzbəüz görüş keçirməyə razılaşıblar. Görüşün tarixi hələ məlum olmasa da, onun keçiriləcəyi yer kimi Macarıstanın paytaxtı Budapeşt şəhəri seçilib. Lakin liderlərin görüşünün hazırlanması üçün əvvəlcə Rubio və Lavrov görüşməlidir.

Bununla belə, bəzi siyasətçilər, ekspertlər və KİV-lər bir sıra Avropa ölkələrinin Tramp-Putin görüşünü pozmaq üçün əllərindən gələni edəcəklərini iddia edirlər. Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas isə bu görüş barədə məlumatı “xoşagəlməz fakt” kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
50
azvision.az

10Mənbələr