AZ

Messinin gedişindən sonra Barcelona cərimə zərbələrində çətinlik çəkir

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Barcelona" Lionel Messinin komandadan ayrılmasından sonra cərimə zərbələrində ciddi geriləmə ilə üzləşib.

Redaktor.az xəbər verir ki, argentinalı ulduzun komandadakı fəaliyyəti dövründə cərimə zərbəsindən 50 qol vurması fonunda, onun gedişindən sonra bu göstərici ciddi şəkildə aşağı düşüb.

Messi "Barcelona" karyerası ərzində cərimə zərbəsindən vurduğu son qolu 2 may 2021-ci ildə "Valencia"ya qarşı keçirdiyi oyunda qeyd alıb. Onun ayrılmasından sonra komanda 89 cəhdə baxmayaraq, cəmi 3 dəfə fərqlənə bilib.

Mövsüm-mövsüm statistik göstəricilər belədir:

2021–22 mövsümü: 15 cəhd - 0 qol.

2022–23 mövsümü : 20 cəhd - 0 qol.

2023–24 mövsümü: 21 cəhd - iki qol

Ferran Torres – "Real Betis"ə qarşı

Robert Lewandowski – "Valencia"ya qarşı

2024–25 mövsümü: 27 cəhd - bir qol. 

Pablo Torre – "Sevilla"ya qarşı

2025–26 mövsümü (indiyədək) 6 cəhd - 0 qol.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
108
2
redaktor.az

3Mənbələr