İsraildə ölkəni tərk edənlərin sayı rekord həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsraili tərk edənlərin bir qismi 20-39 yaş arasında təhsil almış gənclər, digərləri isə İsrailə yeni köçmüş mühacirlərdən ibarətdir.
Ölkənin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2009-2021-ci illər arasında hər il orta hesabla təxminən 36 min adam İsraili tərk edib. Ən çox artım isə 2023-cü ilin oktyabrından etibarən müşahidə olunub.