AZ

ABŞ-da Ağ Evin bir hissəsinin söküntüsünə başlanılıb

Donald Tramp Ağ Evdə yeni bilyard və bal zalının tikintisini elan edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində yeni və geniş bal zalının tikintisinə başlandığını açıqlayıb. NBC News-un məlumatına görə, layihənin həyata keçirilməsi üçün binanın şərq qanadının bir hissəsi sökülür.

Trampın təşəbbüsü ilə həyata keçirilən söküntü və tikinti işlərinə oktyabrın 20-də start verilib. Məsələni əvvəlcə Ağ Ev administrasiyasının nümayəndəsi mediaya təsdiqləyib, daha sonra isə prezident özü bunu rəsmi bəyanatla açıqlayıb.

“Məmnuniyyətlə bildirirəm ki, Ağ Evdə yeni, böyük və gözəl bal zalının tikintisinə başlanılıb. Ağ Evin əsas binasından tamamilə ayrı olan şərq qanadı bu layihə çərçivəsində yenilənəcək və daha da mükəmməl olacaq”, deyə Tramp bəyan edib.

Prezident əlavə edib ki, son 150 il ərzində ABŞ rəhbərlərinin əksəriyyəti Ağ Evdə bal zalı tikmək arzusunda olublar, lakin bu, yalnız indi gerçəkləşir. O, layihənin dövlət büdcəsinə heç bir yük yaratmadığını xüsusi vurğulayıb.

“Bu çoxdan lazım olan layihəni nəhayət həyata keçirən ilk prezident olmaq mənim üçün böyük şərəfdir və bunu amerikalı vergi ödəyicilərinin hesabına yox, tamamilə özəl mənbələrdən səxavətli vətənpərvərlər, böyük Amerika şirkətləri və, əlbəttə, sizin sadə xidmətçiniz tərəfindən maliyyələşdiririk”, deyə Tramp bildirib.

Layihə tamamlandıqdan sonra Ağ Evin bal zalı dövlət qəbulları, diplomatik tədbirlər və rəsmi ziyafətlər üçün istifadə ediləcək. Trampın sözlərinə görə, bu zal “gələcək nəsillər üçün qürurla xidmət göstərəcək”.

Poliqon.info

Seçilən
110
34
poliqon.info

10Mənbələr