AZ

Sanae Takaiti Yaponiyanın ilk qadın baş naziri seçilib

Liberal Demokrat Partiyasının lideri parlamentdə çoxluğu təmin etdi...

Poliqon xəbər verir ki, Yaponiyanın Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiti ölkənin 104-cü baş naziri seçilib. O, bu vəzifəyə gətirilən ilk qadın siyasətçi olub.

Kyodo Agentliyinin məlumatına görə, çərşənbə axşamı Yaponiya parlamentinin aşağı palatasında keçirilən səsvermə zamanı Takaiti 465 deputatın 237-nin səsini qazanıb. Onun əsas rəqibi — Konstitusion Demokrat Partiyasının lideri Yosihiko Noda isə 149 səs toplayıb.

Takaitinin qələbəsi Liberal Demokrat Partiyası ilə “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” adlı mühafizəkar partiya arasında yaradılmış siyasi alyans sayəsində mümkün olub. Bu ittifaq yeni baş nazirə parlamentdə çoxluğu təmin edib.

Yaponiyanın yeni hökumət başçısı yaxın günlərdə kabinetin formalaşdırılmasına başlayacaq. Ekspertlər bildirirlər ki, Takaitinin əsas prioritetləri iqtisadi sabitliyin gücləndirilməsi, texnoloji inkişaf və regiondakı təhlükəsizlik məsələləri olacaq.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr