AZ

Oğruların Luvr muzeyinə belə giriblər – FOTO

Fransanın məşhur Luvr muzeyinə oğruların necə daxil olduğu müəyyənləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Agentlik qeyd edib ki, oğrular muzeyə tərəf gediblər və açılan nərdivanla binaya qalxıblar (diaqramda 1 işarəsi var). Sonra muzeyin pəncərəsini sındırıblar (2) və onları maraqlandıran zinət əşyalarının saxlandığı Apollon Qalereyasına (3) daxil olublar.

Oğrular altı-yeddi dəqiqədən sonra skuterlərlə qaçıblar. 4 oğru maskalarda və silahsız olsalar da, mühafizəçiləri cilalama maşını ilə hədəyiblər. Onlar doqquz əşya oğurlamağı bacarıblar, lakin qaçarkən onlardan birini – tacı itiriblər.

Xatirə SADİQ

Seçilən
16
1
nocomment.az

2Mənbələr