AZ

Rusiyadakı “Şuşa“ milli mədəni muxtariyyətinin nümayəndəsi Ukraynadakı işğalçı müharibədə öldü... FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1966-cı il təvəllüdlü Azərbaycan əsilli Şahmarov Eyvaz Hətəm oğlu  Rusiyanın Ukrayna ərazilərinin işğalı ilə bağlı aparılan "xüsusi hərbi əməliyyat" adlanan müharibəsində həlak olub. 

Moderator.az xəbər verir ki, Rusiyanın Azərbaycan Diasporunun saytına istinadla xəbər verir ki,  Voronej vilayətinin Azərbaycan icması mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Rusiya mediasının yaydığı əlavə məlumatda qeyd olunur ki,  Voronejdəki azərbaycanlıların "Şuşa" adlanan milli-mədəni muxtariyyətinin nümayəndələrinin daha əvvəl bildirdiyi kimi, onların bir çox həmyerliləri "xüsusi hərbi əməliyyatda,  daha doğrusu, Ukraynanın işğalında könüllü olaraq iştirak edir. Onların arasında yaralı komandiri və həmyerlisini xilas etdiyinə görə “Müqəddəs Georgi Xaç” ordeni ilə təltif edilmiş leytenant Pərviz Məmmədov və “Şücaət” ordeni ilə təltif edilmiş 19 yaşlı Teymur Manafov da var.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
moderator.az

2Mənbələr