AZ

Fərhad Paşayev vəfat etdi

“Əməkdar mədəniyyət işçisi”, Ağdamın “Şur” ansamblının keçmiş bədii rəhbəri, tarzən Fərhad Paşayev vəfat edib.

Bu barədə “Yeni Sabah”a mərhumun qızı Gülbəniz Paşayeva məlumat verib.

Onun sözlərinə görə, atasının səhhətində heç bir problem yoxumuş, ölümü qəfil olub: “Ötən gecə yuxuda olarkən insult keçirib”. Pepperoni pizza

F.Paşayevin cənazəsi Bakıdan Ağdama aparılır. Mərhum bu gün rayonun Quzanlı qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.

Yas mərasimi oktyabrın 23-də Bakıda Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, F.Paşayev 1942-ci ildə Ağdamda anadan olub.

1978-1993-cü illərdə “Şur” ansamblına rəhbərlik edib. 1988-ci ildə “Əməkdar Mədəniyyət işçisi”  fəxri adı alıb.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
83
21
yenisabah.az

10Mənbələr