
Türkiyə paytaxtı Ankarada qara çarşab örtərək metroda gəzən kişinin görüntüləri sosial mediada yayılıb.
Reyting.az xəbər verir ki, həmin kişi hadisədən sonra saxlanılıb.
Qeyd edək ki, Vətəndaşların şikayəti əsasında hərəkətə keçən polis qrupu, təhlükəsizlik kameralarının yazılarını araşdıraraq həmin şəxsin Ankara Universitetinin Fizika fakultəsinin tələbəsi olduğunu müəyyən edib.

Tələbə "dini dəyərləri açıq şəkildə təhqir etmək” ittihamı ilə saxlanılıb.
Polis şöbəsindəki prosedurların ardından məhkəməyə göndərilən tələbə məhkəmə nəzarəti tədbiri ilə azad edilib.
Tələbə deyib ki, çarşabı sosial şəbəkədə izləyici toplamaq məqsədilə örtüb.
V. QULİYEV