AZ

ABŞ və Rusiya XİN rəhbərlərinin görüşü təxirə salındı

BAKI, 21 oktyabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubionun oktyabrın sonunda keçirilməsi planlaşdırılan görüşü müvəqqəti olaraq təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, 20 oktyabrda Lavrov və Rubio telefon danışığı aparıblar. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəflər konstruktiv şəkildə bir sıra məsələləri, o cümlədən 16 oktyabrda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının nəticələrini müzakirə ediblər.

Diplomatlar həmçinin bu danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi üçün konkret addımların atılmasının mümkün yollarını nəzərdən keçiriblər.

Seçilən
80
50
teleqraf.com

10Mənbələr