AZ

AİB Azərbaycandan su təsərrüfatı ilə bağlı 7 layihənin dəstəklənməsi üçün müraciət alıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycandan su təsərrüfatısektorunda yeddi layihənin dəstəklənməsi ilə bağlı müraciətalıb.

Bunu AİB-in Cənubi Asiya departamentinin Şəhərsalma və Suehtiyatları bölməsinin direktoru Norio Sayto Trend-ə verdiyi özəlmüsahibədə deyib.

“Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,həmçinin Dövlət Su Ehtiyatları Agentliyi ilə məhsuldar müzakirələraparıldı. Biz yeddi layihə üzrə dəstək üçün müraciət aldıq. Söhbətsu ehtiyatlarının idarə edilməsinin gücləndirilməsi vəsəmərəliliyinin artırılmasından, məsələn, mövcud su təmizləyiciqurğuların yenidən qurulması və ya mövcud su kəmərlərininmodernləşdirilməsi ilə sistemlərin effektivliyinin artırılmasındangedir”,- deyə o bildirib.

Sayto iki ay əvvəl Asiya İnkişaf Bankı (AİB) komandasınınekspress-sahə tədqiqatı apararaq bu layihələrin aktuallığınıqiymətləndirdiyini xatırladıb.

“Mən hesab edirəm ki, yeddi layihənin hər biri həqiqətən dəvacib və aktualdır. Hazırda biz hökumətin yekun qərarını gözləyirik– bu yeddi layihədən hansıların AİB dəstəyi ilə həyatakeçirilməsini istədiyini biləcəyik. Düşünürəm, hökumət həmçinindigər tərəfdaşlara da müraciət edib. Hazırda onlar bu layihələrinhansı hissəsinin AİB tərəfindən maliyyələşdirilməli olduğununəzərdən keçirirlər. Dəqiq siqnal aldıqdan sonra komandamız dahaətraflı diaqnostika aparacaq, çox güman, layihələrin smeta dəyəriniyeniləyəcək və həyata keçiriləcək tədbirlər üzrə "yol xəritəsi"ninrazılaşdırılmasını təmin edəcək”, - deyə o bildirib.

AİB nümayəndəsi bu sahədə Azərbaycana mümkün dəstəyin üç əsasistiqamətini də qeyd edib.

“Birinci aspekt – səmərəlilikdir. Bu, Cənubi Asiya üçünproblematik sayılsa da, mən bildiyimə görə, elə Azərbaycan üçün dəaktualdır. Su təchizatı sisteminin təkmilləşdirilməsi dayanıqlığıartıracaq. İkinci aspekt – inklüzivlikdir. Cənubi Asiyada və AİB-infəaliyyət göstərdiyi digər Asiya regionlarında biz su təchizatı vəkanalizasiya sistemlərinə fərdi təsərrüfat səviyyəsində qoşulmanıtəmin edirik ki, hər kəs bu sistemdən istifadə edə bilsin. Bu,xüsusilə ictimai sağlamlıq baxımından çox vacibdir. Biz istəyirikki, bütün vətəndaşlara inklüziv və təhlükəsiz idarə olunan sutəchizatı və sanitar xidmətlər göstərilsin”, - deyə o əlavəedib.

Saito qeyd edib ki, üçüncü aspekt dayanıqlılıqla bağlıdır.

“Dünyanın bir çox şəhərləri hazırda, məsələn, daşqın kimiproblemlərlə üzləşir. Amma əslində yağış və sel suları mühüm suehtiyatıdır. Bəzi ölkələrdə biz yeraltı suların bərpasıtədbirlərini dəstəkləyirik ki, yağış suları yeraltı sutəbəqələrində və ya xüsusi anbarlarda toplanaraq sonradan zərurətyarandıqda istifadə olunsun. Bu yanaşmalardan bəziləri Azərbaycandada tətbiq edilə bilər”, – deyə o əlavə edib.

Hökumət və yerli hakimiyyət orqanları ilə tərəfdaşlıqvasitəsilə dayanıqlı şəhər inkişafının təmin olunması

Sayto qeyd edib ki, dövlət sektoru ilə iş zamanı Asiya İnkişafBankının (AİB) əsas tərəfdaşı milli hökumətdir.

"Lakin şəhər infrastrukturu ilə bağlı bir çox məsələlər yerlihakimiyyət orqanlarının və ya bələdiyyələrin əsas rolunu tələbedir. Onlar layihənin icraçısı qismində çıxış edə bilərlər. Artıqplanlaşdırma mərhələsində biz yerli hakimiyyətləri layihənin həyatakeçirilməsi üçün lokomotiv kimi cəlb edirik. Bəzi ölkələrdəlayihələr nazirliklər səviyyəsində həyata keçirilsə də, aktivlərtez-tez yerli hakimiyyət orqanlarına və ya bələdiyyələrə verilir.Belə hallarda vətəndaşlara uzunmüddətli və dayanıqlı xidmətgöstərilməsi üçün onların potensialının gücləndirilməsi son dərəcəvacibdir".

AİB nümayəndəsinin sözlərinə görə, digər vacib aspekt maraqlıtərəflərin cəlb olunmasıdır. Bu təkcə yerli hakimiyyətlər deyil,əhalini də əhatə edir.

"AİB layihənin hazırlanması mərhələsində yerli iştirakçılarlaqarşılıqlı əlaqə proseslərini tətbiq edir ki, əhali layihə haqqındaməlumatlı olsun və layihənin necə hazırlanmalı və həyatakeçirilməli olduğu barədə öz fikirlərini bildirə bilsin. Bufikirlər layihənin hazırlanması zamanı nəzərə alınır", – deyə oizah edib.

Şəhərlərdə su ehtiyatlarının dayanıqlı idarə olunmasıüçün əsas strategiyalar

"Su ehtiyatlarına bütünlüklə baxmaq lazımdır – mənbədən dənizəqədər: su haradan gəlir, necə istifadə olunur və necə təhlükəsizşəkildə utilizasiya olunur və ya təmizlənir. Bir çox ölkələrdə, ocümlədən Azərbaycanda, su ehtiyatlarının 80%-dən çoxu kəndtəsərrüfatında istifadə olunur. Lakin bu sektor çox zamanqeyri-səmərəli fəaliyyət göstərir. Bu problemin həlli, eləcə dəkənd təsərrüfatı və suvarma sistemlərinin effektivliyininartırılması olduqca vacibdir."

Sayto bildirib ki, AİB şəhər səviyyəsində suyun istifadəsininsəmərəliliyini də qiymətləndirir.

"Geri qaytarılmayan suyun (non-revenue water – yəni itirilən,amma gəlir gətirməyən suyun) azaldılması mühüm rol oynayır. Bundanəlavə, suyun nə dərəcədə effektiv və qənaətlə istifadə olunması daönəmlidir", – deyə o əlavə edib.

O vurğulayıb ki, daha bir vacib məsələ suyuntəmizlənməsidir:

"Çirkab sular mütləq təmizlənməlidir. Amma su ehtiyatlarıgetdikcə məhdudlaşdığına görə, təmizlənmiş və ya çirkab sularınyenidən istifadəsi məsələsi də nəzərdən keçirilməlidir — bu,sənayedə, kənd təsərrüfatında, hətta içməli su kimi də istifadəoluna bilər."

İqlim dəyişikliyinə uyğunlaşmanın şəhər inkişafılayihələrinə inteqrasiyası

Sayto qeyd edib ki, AİB layihələrin ilkin hazırlıq mərhələsindəiqlim riskləri və həssaslıq dəyərləndirməsini aparır.

"Bu qiymətləndirmə həssas sahələri müəyyən etməyə və onlarınnecə aradan qaldırıla biləcəyini anlamağa imkan verir. Bu, məsələn,drenaj sistemi və ya həssaslıq yaradan digər amillər ola bilər.Sonra isə layihə sənədlərində bu məqamlar nəzərə alınır ki, şəhərvə layihə bir sistem kimi öz dayanıqlılığını əhəmiyyətli dərəcədəartıra bilsin", – deyə o izah edib.

Məqalədə:
Seçilən
94
1
az.trend.az

2Mənbələr