BAKI, 21 oktyabr. TELEQRAF
"Telegram" messencerinin qurucusu Pavel Durov Fransadakı Luvr muzeyindən oğurlanan zinət əşyalarını almağa hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Oğurlanan zinət əşyalarını alıb Luvra qaytararam. Əlbəttə, mən Luvr Əbu-Dabini nəzərdə tuturam”, - deyə Durov bildirib.
Durov bundan əvvəl Luvrun qarət edilməsini Fransanın tənəzzülünün kədərli göstəricisi adlandırmışdı.