AZ

Tramp: Demokratlar hökumətin işini bərpa etməyə razılaşacaqlar

BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Konqresdəki demokratlar yaxın zamanda hökumətin maliyyələşməsinin bərpasını nəzərdə tutan tədbirləri dəstəkləyəcəklər.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evin Şərq zalında iki universitet beysbol komandasını qəbul edərkən bildirib.

“Ümid edirik ki, demokratlar bu qədər qeyri-məntiqli davranmayacaqlar və hökumətin fəaliyyətinin bərpasına dair qanun layihəsi tezliklə səsə qoyulacaq”, - o deyib.

Prezident əlavə edib ki, demokratlar da artıq ölkənin mənafeyi naminə düzgün addım atmaq lazım olduğunu anlamağa başlayıblar.

Seçilən
26
teleqraf.com

1Mənbələr