Məkkə ziyarətində baş verən təsirli bir an sosial mediada böyük maraq doğurub.
NOCOMMENT.az Sonxeber.az-a istinadən xəbər verir ki, ziyarət zamanı bir kişinin başına qəfil göyərçin qonması kameralara əks olunub.
Görüntülərdə həmin şəxsin bu an qarşısında təəccüblənmədən, sakit və təbəssümlə dayanması, üzündə mənəvi bir rahatlıq və sükunət hissinin əks olunduğu görünür.
İzləyicilər bu anı “ilahi hüzur, ruhani sakitlik” kimi şərh edərək videonu minlərlə dəfə paylaşıblar.
Qısa müddətdə yayılan görüntü milyonlarla baxış toplayaraq sosial şəbəkələrin ən çox müzakirə edilən mövzularından birinə çevrilib.