BAKI, 21 oktyabr. TELEQRAF
Amerikalı şahmatçı Daniel Naroditski vəfat edib.
Teleqraf xəbər verir ki, 30 yaşlı qrossmeysterin ölüm səbəbi barədə məlumat yoxdur.
FİDE reytinqində TOP-150 şahmatçı siyahısına daxil olan Naroditskinin atası ukraynalı, anası bakılıdır.
Qeyd edək ki, ABŞ-nı təmsil edən Daniel Naroditski2019-cu ildə ölkəsində baş tutan Masters çempionatında birinci yeri tutub. Bundan başqa, Daniel Naroditski 2007-ci ildə 12 yaşadək yeniyetmələr arasında dünya çempionu, 2013-cü ildə isə gənclər arasında ABŞ birincisi olub.