AZ

UKRAYNA MÜHARİBƏSİNDƏ SON VƏZİYYƏT NECƏDİR...?!

Ukrayna müharibəsi artıq dörd ilə yaxındır ki, davam edir. Bu müddət ərzində cəbhədəki dinamika, beynəlxalq münasibətlərin quruluşunu köklü şəkildə dəyişib. 

   2025-ci ilin oktyabr ayına  olan vəziyyət göstərir ki, Rusiya ordusu həm texniki, həm də siyasi baxımdan ciddi tükənmə mərhələsinə qədəm qoyub.

    Son günlərdə Rusiya tərəfinin Zaporojye Atom Elektrik Stansiyasının təmiri bəhanəsi ilə “birhəftəlik atəşkəs” təklifi ;  əslində Moskvanın diplomatik dildə “məğlubiyyəti etiraf etməsi” kimi dəyərləndirilir. Çünki real hərbi vəziyyət Rusiyanın xeyrinə deyil :  

   --- Ukrayna ordusu Qərb silahlarının, xüsusən də pilotsuz sistemlərin və uzaqmənzilli raketlərin hesabına cəbhənin bir çox hissəsində üstünlüyü ələ alıb.

--- ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında baş tutacaq görüşdə Vaşinqtonun Kiyevə “Tomahavk” tipli raketlər verməsi məsələsi gündəmdədir. Məhz bu amil Rusiya üçün psixoloji və strateji təzyiqə çevrilib. Moskva anlayır ki, belə silahların Ukraynaya verilməsi -- müharibənin taleyini kökündən dəyişə bilər.

--- Müharibənin uzanması səbəbindən  Rusiya daxilində iqtisadi və sosial vəziyyət sürətlə pisləşir.

---  Qərbin tətbiq etdiyi sanksiyalar artıq təkcə oliqarxları deyil ; geniş əhalini də birbaşa təsirləndirir. 

--- İnflyasiya, işsizlik və sosial narazılıq ölkə miqyasında artır.

 --- Kremlin ideoloji təbliğatı “qələbə” ritorikasını davam etdirsə də, rus cəmiyyətində müharibənin mənasızlığı və “sonsuz itkilər” barədə artan -- açıq narazılıq -- fikirləri daha çox eşidilir.

     Analitiklər bildirirlər ki, iqtisadi sabitliyin pozulması ilə yanaşı, Rusiya Federasiyasının regionları arasında mərkəzdənqaçma əlamətləri də güclənməkdədir. Bu isə  Rusiya  hakimiyyətinin ən çox qorxduğu ssenaridir.

  Bu günlərdə  Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı bu müharibənin gələcək gedişatı baxımından mühüm hadisə oldu.

   Müzakirələrin əsas mövzusu – atəşkəsin beynəlxalq təminatı və yeni təhlükəsizlik formatı olub.

   Diplomatik mənbələrin bildirdiyinə görə, Donald 

Tramp  “atəşkəsin Türkiyənin vasitəçiliyi ilə” baş tutmasının vacibliyini vurğulayıb. Bu isə  təsadüfi deyil.

Çünki:

1. Rusiya və Ukrayna arasında bütün əsas danışıqlar məhz İstanbul platformasında aparılıb;

2. Həm Kiyev, həm Moskva Türkiyəni neytral və etibarlı tərəf kimi qəbul edir;

3. Əgər uzunmüddətli atəşkəs əldə olunsa ;  təmas xəttinə sülhməramlı qüvvələrin yerləşdirilməsi qaçılmazdır.

Müşahidələr göstərir ki, bu halda Türkiyənin liderliyi ilə yanaşı ; Qazaxıstan, Azərbaycan və Macarıstan kimi ölkələrin də bu missiyada iştirak ehtimalı artır. Bu isə  reallıqda yeni Turan diplomatiyası modelinin praktiki tətbiqi deməkdir.

   Müharibənin yaratdığı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu siyasəti xüsusi diqqət çəkir.

   Bakı həm Rusiya, həm Ukrayna, həm də Qərb ilə münasibətlərdə bərabər məsafə saxlayaraq, regionda sabitliyin qorunmasında mühüm rol oynayır.

  Azərbaycan humanitar yardımlar vasitəsilə Ukraynaya dəstək göstərməklə bərabər ;  Rusiya ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı da qoruyur. 

  Bu siyasət həm ölkənin beynəlxalq nüfuzunu artırır, həm də “Şimal–Cənub” və “Zəngəzur dəhlizi” kimi strateji layihələrin davamlı inkişafına zəmin yaradır.

  Ukrayna müharibəsi  fonunda  Rəsmi Bakının  yürütdüyü  müstəqil diplomatiya -- milli maraqların və sülhpərvər siyasətin nümunəsinə çevrilib.

    Ümumilikdə isə Ukrayna müharibəsi yeni dünya düzəninin formalaşmasının əsas katalizatoruna çevrilib. 

  ABŞ-ın və Türkiyənin aktiv rolu fonunda Rusiya diplomatik təcrid vəziyyətinə düşüb.

 Ukrayna münaqişəsinin uzanması  fonunda -- Türk dünyasının ; o cümlədən  Azərbaycanın sülh yönümlü mövqeyi regionun gələcəyinə yön verən başlıca amil kimi önə çıxır.

   XXI əsrin  reallığı göstərir ki , sülhə aparan yol – gücdən yox ; ağıllı diplomatiyadan keçir.

Qəvami  Sadıqbəyli

 

Seçilən
13
hurriyyet.az

1Mənbələr