AZ

Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı

Polşada ABŞ hərbi maşınlarının karvanı mikroavtobusla toqquşub.

Publika.az xəbər verir ki, bu barədə "RMF FM" məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza nəticəsində üç əsgər yaralanıb. Mikroavtobusun sürücüsü də xəsarət alıb.

Karvan ABŞ-ın hərbi “Hummer” maşınlarından ibarət olub.

Qəza magistral yolda ləngimələrə səbəb olub və təcili yardım xidmətləri Varşavaya doğru gedən ən azı bir zolağı bağlamağa məcbur olub.

Seçilən
68
publika.az

1Mənbələr