Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
NOCOMMENT.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Hyundai Sonata” və “BMW” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.