Rusiyada "Telegram"ın işində fasilələr yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Məlumata görə, yaranan problem Rusiyada yüzlərlə "Telegram" istifadəçisinə təsir edib.
Bir çoxları media fayllarının və ya mesajların yüklənmədiyini, bəziləri isə ümumiyyətlə tətbiqə daxil ola bilmədiklərini bildiriblər.