AZ

Xamenei Trampı təlxək adlandırdı: Axmaq insan...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı “təlxək” adlandırıb. 

Globalinfo.az xəbər verir ki, o bu fikri Ağ Ev rəhbərinin İsrail səfəri zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən səsləndirib.

İran lideri bildirib ki, Tramp bölgə və İran haqqında yalan bəyanatlarla İsraildəki “ümidsiz sionistlərə” mənəvi dəstək göstərmək istəyib

“Bu adam cəfəngiyyat və təkəbbürlü sözlərlə onların ruhunu qaldırmağa çalışır, ancaq bu cəhdlər əbəsdir”, – Xamenei deyib.

O əlavə edib ki, 12 günlük müharibə zamanı sionistlər elə zərbə alıblar ki, hələ də toparlana bilmirlər və Trampın İsrail səfəri bu məyusluğu azaltmaq məqsədi daşıyır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
globalinfo.az

1Mənbələr