AZ

“Roma” Türkiyə millisinin üzvünü komandada saxlayacaq

style='margin-bottom:10px;'>

“Roma” mövsüm sonunda klubla müqaviləsi başa çatacaq olan Zeki Çeliki komandada saxlamaq istəyir.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu futbolçu ilə yeni sözləşmə imzalamağa qərar verib. 

Xəbərdə bildirilib ki, A Seriyası təmsilçisi 28 yaşlı sağ cinah müdafiəçisinin maaşını 1,7 milyon avrodan 2 milyon avroya yüksəldəcəyi gözlənilir.

Qeyd edək ki, Çelik 2022-ci ilin yayında “Lill”dən “Roma”ya transfer olunub. Türkiyə millisinin üzvü bu mövsüm 8 rəsmi oyunda çıxış edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
62
2
teleqraf.com

2Mənbələr