AZ

Macarıstan Kiyevin silah üçün tələb etdiyi məbləği absurd adlandırdı

"Ukrayna silahlar üçün əlavə 60 milyard avro tələb edir".

Qaziler.az bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin görüşündən sonra “M1” televiziyasının efirində deyib.

Onun sözlərinə görə, yeni Rusiya-ABŞ sammitini və sülhə doğru daha bir böyük addım atmaq fürsətini dəyərləndirmək əvəzinə, avropalı siyasətçilər müharibənin davam etdirilməsinə və uzadılmasına dəstək verməkdə davam edirlər.

“Bu gün həm də şüar səsləndi: biz Ukraynaya daha çox pul və silah göndərmək lazımdır”, - Siyarto bildirib.

Eyni zamanda XİN rəhbəri qeyd edib ki, zaman keçdikcə rəqəmlər daha da absurdlaşır.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr