AZ

Yurgen Klopp “Liverpul”a qayıtması barədə danışıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp İngiltərə klubuna mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

İdman.Biz-in məlumatına görə, Klopp bu barədə "The Diary of a CEO" adlı YouTube kanalına açıqlama verib.

“Demişdim ki, İngiltərədə heç vaxt başqa komandaya baş məşqçilik etməyəcəyəm. Deməli, əgər qayıtsam, bu, “Liverpul” olacaq. Nəzəri cəhətdən bu, mümkündür”, – Klopp deyib.

Alman məşqçi 2015-2024-cü illərdə “Liverpul”u rəhbərlik edib. Onun rəhbərliyi altında mersisaydlılar 2019/2020 mövsümündə İngiltərə Premyer Liqasının və 2019-cu ildə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, Yurgen Klopp bu günlərdə Almaniya Futbol Liqasında (DFL) ekspert şurasının üzvü seçilib.

Bu mövsüm səkkiz matçdan sonra “Liverpul” 15 xalla Premyer Liqa cədvəlində dördüncü yerdədir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr