
Filippinin cənub-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri İzabela əyalətinin Santyaqo şəhərindən 93 kilometr cənub-şərqdə yerləşib.
Yerli vaxtla saat 19:35-də baş verən 5,8 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda hadisə nəticəsində hər hansı can və ya əmlak itkisi barədə məlumat yoxdur.