AZ

Milli Məclisdə Mehdiyevə xidmət edənlər - şübhəli planlar...


Faiq Balabəyli: “Fəzail Ağamalı bu məsələdə doğrudan da yanılmadığında haqlıdır”

“Hakimiyyətin müxtəlif qurumlarında Ramiz Mehdiyevin şəbəkəsinə daxil olan, onun tapşırıqlarını yerinə yetirən və bu istiqamətdə fəaliyyət göstərən şəxslər var. Bu, mənim üçün şübhə doğurmur - belə hallar əvvəllər də olub, indi də davam edir. Hətta bunun Milli Məclisə qədər gedəcəyinə mənim şübhəm yoxdur. Milli Məclisdə Ramiz Mehdiyevə xidmət edən xainlər var”. Bu sözləri mediaya açıqlamasında AVP sədri Fəzail Ağamalı deyib.

Maraqlıdır, Milli Məclisdə Mehdiyevə xidmət edənlərin olması nə qədər əsaslı mülahizədir və onlar Milli Məclisdə dövlətçilik üçün hansı təhlükələri törədə bilərlər?

“Deputatların yarıdan çoxu, icra başçılarının, komitə sədrlərinin, nazirlərin əksəriyyəti Ramiz Mehdiyevin qılıncının altından keçib sədaqət andı içiblər”

Müstəqil.az saytının baş redaktoru, siyasi şərhçi Faiq Balabəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fəzail Ağamalı bu məsələdə doğrudanda yanılmadığında haqlıdır: “Bu günlərdə Fəzail bəyin Ramiz Ənvəroğlunu tənqid etdikdən sonra vaxtilə ona ünvanladığı məktub yayımlandı və bu təbrik məktubunda Ramiz Mehdiyevin "Heydər Əliyevin yaxın silahdaşı kimi, ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması va möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyi ciddi xidmətlər ona ölkəmizdə böyük nüfuz qazandırmışdır", deməsi, yazması da Ana Vətənçinin nə qədər səmimi, indiki tənqidinin isə nə qədər obyektiv olmasından xəbər verir. Bəli, heç şübhəsiz, Ramiz Mehdiyev cinayətkardır və onun yaxın çevrəsi də bu cinayət əməllərinə bulaşıb. Söhbət heç də ən ağır cəzanı nəzərdə tutan Vətənə xəyanətdən getməsin, lap korrupsiya, dəstəbazlıq, qarayaxma, ölkənin sütünunu titrətmə dərəcəsinə çatan əməllərindən getsin. Ona dəstək veriblər, nədə? Təriflər yağdırmaqda, ağsaqqal, ölkənin nicatının, ayaqda durmasının onun sayəsində olması və Heydər Əliyev, İlham Əliyevin adları ilə yanaşı çəkməklə o adları da aşağalamaq cəhdləri ilə. Buna görə də Fəzail Ağamalının da bu dəstənin tərkibində olmasını deməklə haqlı olmasını qeyd edə bilərik. Axı, içi Fəzail Ağamalı qarışıq, deputatların yarıdan çoxu, icra başçılarının, komitə sədrlərinin, nazirlərin əksəriyyəti Ramiz Mehdiyevin qılıncının altından keçib sədaqət andı içiblər”.

Günel CƏLİLOVA

Seçilən
80
baki-xeber.com

1Mənbələr