AZ

“Nottingem Forest”in yeni baş məşqçisi bilindi

Təcrübəli ingilis məşqçi Şon Dayç “Nottingem Forest” klubu ilə iki illik müqavilə imzalayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O, tərəflərin artıq şifahi razılığa gəldiyini və indi yalnız rəsmi sənədlərin imzalanması qaldığını qeyd edib.

Qeyd olunur ki, “Nottingem Forest” mövsümə uğursuz başlayıb; hazırda Premyer Liqa cədvəlində 18-ci pillədə qərarlaşıb və aktivində yalnız 5 xal var. Bu həftəsonu klub avstraliyalı məşqçi Anqe Postekoglunu istefaya göndərib. O, mövsümün əvvəlindən etibarən klubu tərk edən ikinci məşqçidir. Bundan əvvəl Nuna Eşpiritu Santu də oxşar taleyi yaşamışdı.

Bununla yanaşı, bu mövsüm “Nottingem Forest” Avropa Liqasında da çıxış edir. Komandanı cümə axşamı çox güclü rəqib “Portu” ilə oyun gözləyir.

Seçilən
126
90deqiqe.az

1Mənbələr