AZ

“Qlazqo Reyncers”in yeni baş məşqçisi məlum oldu – RƏSMİ

“Qlazqo Reyncers”in yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, Şotlandiya klubu vakant posta Dani Rohlu gətirib.

Onunla 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. Rohl bu vəzifədə Rassel Martini əvəzləyib. 2025-ci ilin iyunundan komandaya rəhbərlik edən Martin uğursuz nəticərə görə istefaya göndərilmişdi.

“Reyncers” 9 xalla turnir cədvəlində 6-cı yeri tutur.

Komanda Axvropa Liqasında da ilk iki oyunda məğlub olub.

Seçilən
92
msport.az

1Mənbələr