AZ

Tramp Tayvanla bağlı Çinlə gərginliyin artacağını gözləmir

Tramp Tayvanla bağlı Çinlə gərginliyin artacağını gözləmir

ABŞ hökuməti Tayvanla bağlı Çinlə gərginliyin kəskin artacağını gözləmir.

AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Düşünürəm ki, Çinlə yaxşı olacağıq. Çin də gərginliyin artmasını istəmir. Əvvəla, Birləşmiş Ştatlar dünyanın ən güclü hərbi gücüdür. Onun tayı-bərabəri yoxdur, hətta yaxını da yoxdur. Ən yaxşı silahlar bizdədir. Bizdə hər şeyin ən yaxşısı var və heç kim bu barədə zarafat etməyəcək", - deyə o, Avstraliyanın baş naziri Entoni Alban ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırıb.

Tayvan məsələsinə gəldikdə isə Tramp bu mövzuda Si Cinpinlə çox yaxşı anlaşacaqlarını deyib.

Seçilən
49
afn.az

1Mənbələr