Dağlıq əraziyə bitki yığmağa gedən ata və oğluna ayı hücum edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikası Babək rayonunda baş verib.
Rayonun Payız kənd sakinləri Məzahir Məmmədov və oğlu Emin Məmmədov Qaraquş dağı ətrafında ayı hücumuna məruz qalıblar.
Hazırda Məzahir Məmmədovun müalicəsi Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, son günlər bölgənin dağlıq və meşəlik ərazilərində ayıların insanların təsərrüfat sahələrinə yaxınlaşması ilə bağlı məlumatlar artıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 
                        