AZ

Portağal Mürəbbəsi – Qışın Ən Ətri və Ləzzətli Resepti!

Portağal

Portağal mürəbbəsi! Bu mürəbbə təkcə səhər yeməyinə deyil, həm də soyuq günlərdə çay süfrənizə əsl vitamin bombasıdır. Tərkibi:- 1 kq portağal - 800 q şəkər tozu - 1 ədəd limonun suyu - 2 stəkan su Hazırlanması:1. Portağalları yuyun, qabıqlarını nazik soyun və incə zolaqlara doğrayın.2. Qabıqları acılığını azaltmaq üçün 2-3 dəfə 5 dəqiqə qaynar suda qaynadın və hər dəfə suyunu dəyişin.3. Portağalın içini doğrayın, tumları çıxarın.4. Qabıqları, doğranmış içi, şəkər və suyu qazana əlavə edib zəif odda qarışdıraraq bişirin.5. Qaynamağa başlayanda köpüyü təmizləyin və 30-40 dəqiqə qatılaşana qədər bişirin.6. Ən sonda limon suyunu əlavə edib daha 5 dəqiqə bişirin.7. İsti-isti steril bankalara doldurun, qapağını möhkəm bağlayın. İpucu: Qabıqları nazik doğramaq mürəbbəyə həm zərif görünüş, həm də dərin aroma verir.Dadlı reseptlər üçün bizi izləməyi unutmayın – Ulusum.az – Mətbəxinizdə dünyanın dadı!

Diqqət Çəkənlər

Göz rəngini dəyişmək gələcəkdə ciddi fəsadlara yol aça bilər VİDEO

Hotdoq Resepti – Sadə və Ləzzətli!

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası

Seçilən
64
ulusum.az

1Mənbələr