BAKI, 20 oktyabr, TELEQRAF
Kolumbiya ABŞ-dəki səfirini geri çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Qustavo Petro Trampı vətəndaşı qətldəittiham edib. Tramp isə Petronu “narkotik lideri” və “dəli” adlandırıb.
 
                        