AZ

Ukrayna cəbhə xəttini yarmaq üçün yerüstü dronlardan istifadə etməyə başlayıb

Robot texnologiyaları müharibənin yeni mərhələsinə çevrilir...

Poliqon xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Ukrayna artıq hava dronlarından sonra döyüş meydanında yerüstü, uzaqdan idarə olunan və partlayıcı maddələrlə təchiz edilmiş robotları da tətbiq etməyə başlayıb. Bu yeni texnologiya Ukrayna ordusunun taktikasında mühüm yer tutur — robotlar həm hücum əməliyyatlarında, həm də sursat çatdırmaq və yaralıları evakuasiya etmək üçün istifadə olunur.

Hərbi komandirlər hesab edirlər ki, yerüstü dronların tətbiqi müharibənin gedişatında yeni mərhələnin başlanğıcıdır. Onların fikrincə, bu texnologiyalar ordunun canlı qüvvə itkisini azaltmaqla yanaşı, Ukraynanın daha böyük sayda düşmən qüvvəsinə qarşı müqavimətini artırmağa kömək edir.

Ukraynalı zabitlərdən biri “The Washington Post”a açıqlamasında deyib: “Artıq əməliyyatın uğurunu itkilərin sayına görə ölçmək dövrü bitib. Mən indi robotlara komandanlıq edirəm”.

Ekspertlər bildirirlər ki, yerüstü dronların inkişafı süni intellekt və uzaqdan idarəetmə sistemlərinin hərbi strategiyaya inteqrasiyasının təbii nəticəsidir. Bu cür texnologiyalar yaxın gələcəkdə müasir döyüşlərin ayrılmaz hissəsinə çevrilə bilər.

Poliqon.info

Seçilən
94
poliqon.info

1Mənbələr