Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri turnirində möhtəşəm nəticə göstərərək bütün rekordları qırıblar.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı Beynəlxalq Cüdo Federasiyası (IJF) sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda qeyd olunub ki, Azərbaycan komandası turnirdə misilsiz performans nümayiş etdirib:
“Azərbaycan bu turnirdə bütün rekordları qırır! Kokauri Lukaş Krpalekə qalib gəldi və komandanın altıncı qızıl medalını qazandı,” – deyə IJF-in paylaşımında bildirilib.
Yarışda Azərbaycan cüdoçuları 6 qızıl və 3 bürünc medal qazanaraq, həm komanda hesabında üstünlüyü təmin edib, həm də ölkə tarixində ən uğurlu Qran-pri nəticəsinə imza atıblar.
Bu nailiyyət Azərbaycan cüdo məktəbinin gücünü bir daha nümayiş etdirib və idmançılarımızın beynəlxalq arenada sabit uğurlar əldə etdiyini göstərib.