Bakı.Trend:
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir vəyenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Dalansahəsində söküntü və hazırlıq işləri görülüb başa çatdırıldıqdansonra növbəti mərhələlər çərçivəsində gücləndirmə məqsdədilətexnoloji proseslərin tələblərinə uyğun olaraq silsilə tədbirlərgörülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, “Bakı Metropoliteni”QSC-dən bildirilib.
"Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyasısərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir.Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub".
Qurumdan əlavə olunub ki, tikinti işlərinin 2026-cı ildəyekunlaşdırılması planlaşdırılır.