AZ

Qazaxıstan və Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır - Ekspert

Astana. Trend:

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın vətəhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır.

Bunu Trend-əQazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti ƏminəKosbayeva bildirib.

“Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəflimünasibətlərə yeni təkan verə bilər. Qazaxıstan və Azərbaycan təkcəqarşılıqlı tərəfdaşlığın inkişafında deyil, həm də bütün regiondaəməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsində növbəti mühümaddımı atır”, - deyə o qeyd edib.

Kosbayeva vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərhazırda inkişafının ən yüksək mərhələsindədir. Qazaxıstan vəAzərbaycan ümumi tarix, mədəni yaxınlıq və geosiyasi maraqlarınuyğunluğu əsasında dayanıqlı strateji tərəfdaşlıq qurublar.

“Son illər dövlətlər arasında qarşılıqlı əlaqə nəzərəçarpacaqdərəcədə güclənib. Ali səviyyəli mütəmadi səfərlər,parlamentlərarası dialoqun fəallaşması və birgə layihələrin sayınınartması münasibətlərə yeni dinamika qazandırıb. Xüsusilə ticarətdövriyyəsinin və nəqliyyat-logistika sahəsində əməkdaşlığıninkişafı diqqəti cəlb edir: son beş ildə Transxəzər BeynəlxalqNəqliyyat Marşrutu üzrə daşımaların həcmi 6 dəfə artıb”, - deyəekspert bildirib.

Onun sözlərinə görə, bu fakt hər iki ölkənin Avrasiya nəqliyyatsisteminin əsas halqaları kimi potensialını aydın şəkildə nümayişetdirir. Əhəmiyyətli addımlardan biri də 300 milyon ABŞ dollarıhəcmində birgə Birbaşa İnvestisiya Fondunun yaradılması olub ki, buda biznes əməkdaşlığı üçün yeni imkanlar açıb.

“Xüsusi diqqətəlayiq məsələ isə Avropa ilə Asiyanı birləşdirənən perspektivli marşrutlardan biri olan Orta Dəhlizin inkişafıdır.Bu dəhlizin üstünlüklərinə coğrafi baxımdan kompaktlıq, siyasisabitlik və çatdırılma müddətlərinin əhəmiyyətli dərəcədə qısaolması daxildir. Qazaxıstan və Azərbaycan bu layihənin əsashərəkətverici qüvvələri kimi çıxış edir, onu regional təşəbbüsdənqitə miqyaslı marşruta çevirirlər”, - deyə Kosbayeva qeyd edib.

Ekspertin fikrincə, Qazaxıstan üçün Zəngəzur dəhlizi də mühümrol oynaya bilər. Bu dəhliz Xəzəri Türkiyə ilə birləşdirərək türkdövlətlərinin nəqliyyat əlaqəliliyini gücləndirəcək. Onun sözlərinəgörə, bu marşrut region ölkələrinin Avrasiya kommunikasiyasistemindəki mövqelərini möhkəmləndirərək bölgəni daha çoxinteqrasiya olunmuş və logistik cəhətdən şaxələnmiş hala gətirməyəqadirdir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da azəhəmiyyətli istiqamət deyil. Qazaxıstan və Azərbaycan bu birliyiniqtisadi və siyasi məzmununu formalaşdıran mərkəzi iştirakçılardır.Orta Dəhlizin, enerji və humanitar layihələrin inkişafıistiqamətində birgə fəaliyyət bütün region ölkələrininəməkdaşlığını möhkəmləndirir”, – deyə o əlavə edib.

Kosbayeva onu da qeyd edib ki, qarşıdakı Qazaxıstan-Azərbaycanbiznes forumu da səmərəli əməkdaşlıq üçün mühüm platformayaçevriləcək. Bu forum biznes dairələri arasında birbaşa dialoqimkanı yaradacaq və siyasi razılaşmaların konkret investisiyalayihələrinə çevrilməsinə şərait yaradacaq. Ekspertin fikrincə,forumda xüsusilə logistika, rəqəmsallaşma, kənd təsərrüfatı sektoruvə “yaşıl” enerji sahələrinə xüsusi diqqət yetiriləcək.

Məqalədə:
Seçilən
61
4
az.trend.az

5Mənbələr