Bakı. Trend:
Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiənaziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə"Birlik-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndəiştirak etmək üçün Səmərqəndə səfər edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlıhəmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsilsahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinimüzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgətəlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyigörüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsiyüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığıngenişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.