Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?
                    
                        Ajans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə İlqar Mustafayev ifadə verib. Təqsirləndirilən sabiq idarə rəhbəri prokurorun Fuad Babayevlə bağlı sualına cavabında bildirib ki, onun tabeliyində ümumilikdə 980 nəfər işçi olub və Fuad Babayev də onlardan biri kimi fəaliyyət göstərib. O, Dənizkənarı Bulvar İdarəsinin ərazisində sərnişinlərə xidmət edən gəmilər və digər gəlir gətirən sahələrin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib: "Mənim vəzifəm yalnız ümumi nəzarətin həyata keçirilməsi idi. Mənə elan olunan ittihamda göstərilən məbləğlərin bu sahələrlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Bu rəqəmlər virtual şəkildə qeyd olunub, başım çıxmır. Dayanacaqlarla bağlı da eyni vəziyyətdir. Əgər bu obyektləri işlədənlər vergi ödəyiblərsə, məni niyə vergi ödəməməkdə ittiham edirlər?" 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
