AZ

Az emal olunmuş qidalar ömrümüzə gün qazandırır, fast food və hazır məhsullar ömrümüzdən gün alır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hər il oktyabrın 16-nı Ümumdünya Qida Günü kimi qeyd edir. Qida hava və sudan sonra üçüncü ən əsas insan ehtiyacıdır-hər kəsin adekvat qidalanma hüququ olmalıdır. Bu il Ümumdünya Qida Günü “Daha yaxşı həyat və daha yaxşı gələcək üçün qida hüququ” şüarı altında qeyd olunur.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, bu gün sadəcə “yemək” mövzusu deyil: “Ümumdünya Qida Günü - sadəcə “yemək” mövzusu deyil, bəşəriyyətin necə qidalandığını, bu qidaların haradan gəldiyini və gələcək nəsillərə necə təsir etdiyini dəyərləndirmə günüdür”.

Fərid Səfərov

Qidalarımız nə qədər sağlamdır?

“Bu gün istehlak etdiyimiz qidaların əksəriyyəti sənaye üsulu ilə hazırlanır, uzun raf ömrü üçün kimyəvi əlavələr, konservantlar, rəngləndiricilər və şəkər ehtiva edir.

FAO və ÜST-ün məlumatlarına görə: Dünyada piylənmə, diabet, ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərin artımında emal olunmuş qidalar əsas rolu oynayır. Eyni zamanda mikroelement çatışmazlığı (dəmir, sink, D vitamini və s.) geniş yayılıb. Paradoksal vəziyyət yaranıb. Yemək çoxdur, amma sağlam qida azdır”-deyə qida eksperti qeyd edib.

Qida ömrümüzə gün qazandırır, ya ömrümüzdən gün alır?

“Bu, qidanın mənşəyindən və tərkibindən asılıdır. Təbii, yerli və az emal olunmuş qidalar ömrümüzə gün qazandırır. “Fast food”, şirin içkilər, hazır məhsullar ömrümüzdən gün alır. Gündəlik qidalanmada meyvə-tərəvəz, paxlalı və tam taxılların artırılması ömrü 10 ilə qədər uzada bilər. Əvəzində emal olunmuş qidaların çoxluğu ömrü 5–8 il azalda bilər. Sağlam qida təkcə bədənimiz üçün deyil, həm də planetimiz üçün sağlam olmalıdır. Sağlam qidalanaraq sağlam yaşayın”-deyə Fərid Səfərov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
195
bizimyol.info

1Mənbələr