Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru Hacı İsmayılov bağ evini satıb.
Sənətçi “Yeni Sabah”a açıqlamasında deyib ki, bir müddət əvvəl əmlaka müştəri tapılıb.
O bildirib ki, mülkünü yoldaşının ayağında yaranan problemə görə satmalı olub: Sezar pizza
“Balaca bir bağ evimiz vardı, onu satışa çıxartmışdım. Satmağımın da əsas səbəbi yoldaşımın ayağında olan problemlərdir. Həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bağa gəliş-gediş çətinləşib. Məcbur qalıb satmalı olduq”.
Lakin H.İsmayılov bağ evini hansı qiymətə satdığını açıqlamayıb.
Qeyd edək ki, 4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir.
Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.
Bağ evi 80 000 manata satışa çıxarılmışdı.
Aydan Hacı
Telegram kanalımız