AZ

Rusiya Ukraynanı tam işğal edəcək, Tramp isə… – SENSASİYA

ABŞ prezidenti Donald Trampın “Putin bəzi əraziləri əldə edəcək” fikri Vaşinqtonun Ukrayna siyasətində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bəs, bu, ABŞ-ın gələcək siyasətində dəyişiklik siqnalı kimi qəbul edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-ın Ukrayna savaşına yönəlik mövqeyi artıq uzun müddətdir dəyişib.

Azərbaycan

Onun sözlərinə görə, Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ağ Evin bu məsələyə yanaşması Bayden dövründəki siyasətdən tam fərqlənir:

“Hazırda ABŞ Rusiya ilə anlaşma xətti yürüdür və Kremlə yaxın mövqe sərgiləyir. Bunun arxasında Trampın biznes düşüncələri dayanır. O, siyasi və strateji maraqlardan daha çox iqtisadi gəlirləri önə çəkir.

Son proseslər göstərir ki, Tramp üçün Ukraynanın gələcək taleyi maraqlı deyil. Ukrayna tamamilə Rusiyanın işğalı altına düşsə belə, o, buna ciddi reaksiya verməyə bilər. Əsas odur ki, ABŞ-ın iqtisadi maraqları qorunsun”.

Elçin Xalidbəyli hesab edir ki, Tramp administrasiyası ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və bundan maksimum gəlir əldə etmək niyyətindədir.

“Bu baxımdan Trampın son açıqlaması təəccüblü deyil. Onun üçün Ukrayna ərazilərinin Rusiyaya verilməsi problem təşkil etmir, çünki həmin torpaqlar ABŞ-a deyil, Ukraynaya aiddir. Tramp belə bir razılaşma ilə Ukraynanı faktiki olaraq Rusiyaya hədiyyə edə bilər. İndi əsas məsələ bu açıqlamaya Ukrayna xalqının göstərəcəyi reaksiyadır. Ukraynanın gələcək taleyi yalnız onun xalqı və dövləti tərəfindən xilas oluna bilər”, – politoloq vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
71
konkret.az

1Mənbələr